Polis rəisinin sürücüsünün öldüyü qəzada yaralanan daha bir şəxs dünyasını dəyişib

 Polis rəisinin sürücüsünün öldüyü qəzada yaralanan daha bir şəxs dünyasını dəyişib
# 11 aprel 2014 08:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda polis rəisinin sürücüsünün öldüyü qəzada yaralananlarda daha bir nəfəri vəfat edib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 10-da Bakı dairəvi yolunda baş verən qəzada “Hyundai-Tucson” markalı avtomobilin sürücüsü, 35 yaşlı Rövşən Əhmədov və sərnişini Emin Kərimov Klinik Tibbi Mərkəzə yerləşdirilib. R. Əhmədov xəstəxanada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, Bakı şəhər sakini, polis serjantı, 1979-cu il təvəllüdlü Rafiq Abbasovun idarə etdiyi 10 AA 104 dövlət nömrə nişanlı “Hyundai - Sonata” markalı avtomobillə “Hyundai-Tucson” markalı avtomobillər toqquşub. Nəticədə R. Abbasov hadisə yerində ölüb. R. Abbasovun idarə etdiyi maşın Səbail Rayon Polis İdarəsi rəisinin xidməti avtomobili olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR