“Buta Sığorta” şirkəti nizamnamə kapitalını artırır

“Buta Sığorta” şirkəti nizamnamə kapitalını artırır
# 23 aprel 2014 06:45 (UTC +04:00)

Bakı. İlkin Əhmədov – APA-Economics. Bu gün Bakı Fond Birjasında “Buta Sığorta” ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanır. Birjadan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 4 000 000 manat, bir səhmin nominal dəyəri 20 manat təşkil edib.

Yerləşdirmədə anderrayter kimi “Çelsi Kapital” MMC çıxış edəcək. Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 54,8% artaraq 11,3 mln. manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR