Rusiya Azərbaycanda vaqonqayırma zavodu inşa etmək niyyətindədir

Rusiya Azərbaycanda vaqonqayırma zavodu inşa etmək niyyətindədir
# 14 mart 2014 09:15 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Rusiyanın Ural Vaqonqayırma Zavodu (UVZ) Azərbaycanda profilli müəssisə inşa etmək niyyətindədir.


APA-nın məlumatına görə, bu məsələ dünən Bakıda Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin və Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin iştirak etdiyi Azərbaycan-Rusiya biznes forumunda müzakirə olunub.


UVZ Azərbaycanda Latviyada inşa etdiyi zavodunun analoqunu tikmək niyyətindədir. Layihə çərçivəsində ağır buldozer və yükləyici maşınların istehsalı da nəzərdə tutulur. Müzakirələr zamanı Azərbaycan tərəfinə Sverdlovsk vilayətində istehsal olunan dəmir yolu texnikasının üstünlükləri və potensialı barədə ətraflı məlumat verilib.


Forumda həmçinin «Sinara» Şirkətlər Qrupunun layihəsi də təqdim olunub. Layihə çərçivəsində Azərbaycanda boruların son emalı zavodunun tikintisi təklif olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR