Ramiz Məlik: “Həkimlər əməliyyat olunmağımı tövsiyə etdilər, onların məsləhətinə qarşı çıxa bilməzdim”

Ramiz Məlik: “Həkimlər əməliyyat olunmağımı tövsiyə etdilər, onların məsləhətinə qarşı çıxa bilməzdim”
# 05 fevral 2014 13:14 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında sabah böyrək əməliyyatı keçirəcək xalq artisti Ramiz Məlik deyib. Onun sözlərinə görə, xeyli vaxtdır, sağ böyrəyində olan ağrılardan əziyyət çəkir: “Teatrda məşq edəndə əziyyət çəkirdim. Ağrılarım olurdu, məşqlərdə problem yaşayırdım. Müraciət etdim, həkimlər dedi, əməliyyat tövsiyə olunur. Mən də təbii ki, onların məsləhətinə qarşı çıxa bilməzdim. Əməliyyatdan iki-üç gün sonra xəstəxanadan buraxılacağam”.

Qeyd edək ki, R. Məlik 2012-ci ildə ürəyindən əməliyyat olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR