«Bank of Baku»nun müştəriləri kreditlərini «MilliÖN» terminallarında ödəyə bilər

«Bank of Baku»nun müştəriləri kreditlərini «MilliÖN» terminallarında ödəyə bilər
# 29 may 2013 11:30 (UTC +04:00)

Bakı - APA-Economics. «Bank of Baku» ASC-nin müştəriləri artıq bundan sonra kredit ödənişlərini ölkənin bir çox şəhərlərində yerləşdirilmiş «MilliÖN» sisteminə aid 800-ə yaxın ödəniş terminallarında apara bilər. Bu, Bankla «MilliÖN» arasında əməkdaşlıq əlaqələrinin qrulması sayəsində mümkün olub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, terminallar vasitəsilə kredit ödəməsi sürətlə həyata keçirilir və istifadə qaydaları kifayət qədər sadə və rahatdır.

Terminalın monitorunda müştərinin rahatlığı üçün bütün yazılı və vizual təlimatlar və məlumatlar əksini tapıb. Krediti ödəmək üçün öncə monitordakı «Bank xidmətləri» pəncərəsinin «Bank of Baku» bölməsini seçmək lazımdır. Daha sonra isə hesab nömrəsi, şəxsiyyət vəsiqəsinin kodu və valyuta növünü (AZN/USD) seçmək və sonda nağd vəsaiti aparata daxil etmək tələb olunur. Ödəmədən dərhal sonra qəbzi götürmək tövsiyə olunur.

Hazırda Azərbaycan ərazisində «MilliÖN» ödəmə sisteminə məxsus terminallar ən müxtəlif ictimai yerlərdə quraşdırılıb və ödəmə xidmətləri pulsuzdur.

«MilliÖN» terminalları həftənin bütün günləri, sutkada 24 saat ərzində işləyir. Bu sistem vasitəsilə həmçinin kommunal, internet, kabel televiziyasının ödənişini həyata keçirmək, telefona mobil balans yükləmək mümkündür.

Əlavə məlumatı «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi və «MilliÖN» sisteminin *0010 nömrəli Qaynar Xətti vasitəsi ilə öyrənmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR