Cavanşir Feyziyev seçicilər ilə görüşlərini davam etdirir

Cavanşir Feyziyev seçicilər ilə görüşlərini davam etdirir
# 28 oktyabr 2015 07:58 (UTC +04:00)

Bakı-APA. Milli Məclisə keçirilən seçkilərdə 115 saylı Şəki seçki dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyevin seçicilərlə növbəti görüşü keçirilib.

Namizədin seçki məntəqəsindən APA-ya verilən məlumata görə, görüşlər bu dəfə Şəki rayonunun İbrahimkənd, Aydınbulaq, Bideyiz və Oraban kəndlərində baş tutub.

Görüşlər seçicilərin yüksək fəallığı ilə müşayiət olunub. Deputatlığa namizəd Cavanşir Feyziyev və onun vəkilləri İsrail Rəsulov, Baba Yusifov, Rafiq Rəsulov və başqaları çıxış edərək son 5 ildə ölkədə, eləcə də 115 saylı seçki dairəsi ərazisində həyata keçirilmiş abadlıq və quruculuq işlərindən danışıb. Görüşlərdə çıxış edən İbrahimkənd, Aydınbulaq, Bideyiz və Oraban sakinləri 1 noyabr seçkilərində hamılıqla Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR