“Qarant Sığorta” aktivlərini azaldıb

“Qarant Sığorta” aktivlərini azaldıb
# 09 aprel 2015 10:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “Qarant Sığorta” ASC-nin aktivləri 13 370 592,99 manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 2,30% azdır.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə şirkətin məcmu kapitalının həcmində isə artım qeydə alınıb. Belə ki, müqayisə olunan dövrdə şirkətin məcmu kapitalı 3,79% artaraq 6 mln. 405 min 872,25 manat olub.

Nizamnamə kapitalı isə dəyişməyərək 5 mln. manat təşkil edib.

Hesabat dövründə şirkətin öhdəliklərinin həcmi də 7,29% azalaraq 6 mln. 964 min 720,74 manata enib.

2014-cü ildə şirkətin cəmi gəlirləri 10 mln. 68 min 443,11 manat, cəmi xərcləri isə 9 mln. 808 min 783,4 manat təşkil edib.

Şirkət ötən ili 233 min 627,78 manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR