Bank Of Baku

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib
# 25 aprel 2018 01:58 (UTC +04:00)

Çempionlar Liqasında (ÇL) yarımfinal həyəcanına start verilib. Apasport.az saytının məlumatına görə,  mərhələnin ilk oyunu keçirilib.

 

Sürpriz şəkildə yarımfinala qədər irəliləyən “Liverpul”la “Roma” final yolunda ilk duelə çıxıb. Öncəki mərhələdə müvafiq olaraq turnirin favoritləri “Mançester Siti” və “Barselona”nı yarışdan kənarlaşdıran komandaların mübarizəsi bol qollu olub. Meydan sahibləri 5:2 hesablı qələbəyə seviniblər.

 

“Qırmızılar”ın qol “silahı” Məhəmməd Salah sabiq klubuna qarşı 2 qol, 2 məhsuldar ötürmə ilə çıxış edib. "Liverpul"dan Firimino da 2 dəfə fərqlənib. "Roma"nın qollarını isə Ceko və Perotti vurub. 

 

Çempionlar Liqası

Yarımfinal (ilk oyun)

 

24 aprel

“Liverpul” (İngiltərə) – “Roma” (İtaliya) - 5:2

Qollar: Salah, 36, 45, Mane, 56, Firimino, 61, 69 - Ceko, 81, Perotti, 85 (pen.)

Baş hakim: Feliks Brix (Almaniya)

Liverpul, “Enfild Roud” stadionu

 

“Liverpul”: Karius, Aleksander-Arnold, Lovren, Van Diyk, Robertson, Oksleyd-Çemberleyn, Henderson, Milner, Salah, Firmino, Mane

 

“Roma”: Alisson, Fazio, Manolas, Jesus, Florenzi, De Rossi, Strootman, Kolarov, Naynqolan, Cengiz, Ceko

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR