Bank Of Baku

Aİ Ukraynaya 3 milyard avroluq növbəti ödənişi təsdiqləyib

Aİ Ukraynaya 3 milyard avroluq növbəti ödənişi təsdiqləyib
# 24 sentyabr 2026 14:32 (UTC +04:00)

Avropa İttifaqı dəstək məqsədilə Ukraynaya tezliklə 3 milyard avroya yaxın məbləğ ödəyəcək.

APA Aİ Şurasına istinadən xəbər verir ki, məbləğin ödənişi ilə bağlı qərar təsdiq edilib.

Bildirilib ki, məbləğin 800 milyon avroluq hissəsi Ukraynaya Dəstək Krediti çərçivəsində Kiyevə ödəniləcək.

Bu dəstək vəsaitinin Ukraynada makro-maliyyə stabilliyinə, ölkənin yenidənqurma və modernizasiyasına kömək edəcəyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR