“Zirə” klubuna texniki məğlubiyyət verilib

“Zirə” klubuna texniki məğlubiyyət verilib
# 22 sentyabr 2015 09:56 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasında mübarizə aparan “Zirə” klubunun əvəzedici komandası gözlənilən cəzaya məruz qalıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, V turda “Rəvan”la matçda yaş limitini pozan paytaxt klubuna İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilib.

Əsasnaməyə uyğun olaraq, komandaların heyətində meydançada 8 nəfərdən az olmayaraq 1994-cü il və ya daha gənc təvəllüdlü (Azərbaycan vətəndaşı) futbolçular daxil edilməlidi. Ancaq “Zirə”nin bolqarıstanlı baş məşqçi Kamen Vasilyev onlardan birini “ixtisar”a salaraq, limiti pozub. Bu isə 1:0 hesabı ilə qalib gələn “Zirə”yə texniki məğlubiyyət bahasına başa gəlib.

Bununla yanaşı, “Rəvan”la oyunöncəsi iclasda “Zirə”nin nümayəndəsi iştirak etmədiyi üçün klub 1000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, “Zirə” 4 matçdan 7, “Rəvan” isə 6 xal toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR