Tiflisdə "Şəhərlərin idarə olunması" mövzusunda 8-ci Beynəlxalq Forum keçirilib - FOTO

Tiflisdə "Şəhərlərin idarə olunması" mövzusunda 8-ci Beynəlxalq Forum keçirilib - <span style="color: red;">FOTO
# 05 may 2015 17:22 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərlərin idarə oluması" mövzusunda 8-ci Beynəlxalq Forum keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, forumda Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili, Tiflis şəhər meri David Narmania, Almaniyanın Gürcüstandakı səfiri Ortvin Heniq, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Cənubi Qafqaz üzrə direktoru Martin Homola, Fransa baş nazirinin məsləhətçisi Patriq Fomeri və başqaları çıxış edərək müasir şəraitdə şəhərsalma mədəniyyətindən və şəhərlərin idarə olunması məsələləri və yerli iqtisadiyyatın inkişafı barədə danışıblar.

Tədbirdə Fransa, Almaniya, Çexiya, Gürcüstan, Azərbaycan, Niderland və digər ölkələrin nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və ekspertlər iştirak edir. Forumda Azərbaycanı 8 nəfər təmsil edib.

Forum üç sessiyada davam edib. Sessiyalarda Avropa təcrübəsi, şəhər salma mədəniyyəti inkişaf etdirilməsi strategiyası və inteqrasiyası, gələcək şəhərlər haqqında məruzələr dinlənilib.

Foruma qatılan Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov APA-ya açıqlamasında şəhərlərin idarə olunmasında yerli idarəetmənin rolundan danışıldığını bildirib: "Forum ənənəvi şəkildə hər il keçirilir. Tədbirdə əsasən şəhərlərin idarə olunmasında kompleks məsələlər müzakirə olunub: şəhərsalma məsələləri, ekoloji məsələlər, ətraf mühitin qorunması, bu proseslərdə yerli idarəetmənin yanaşmaları haqqında məruzələr dinlənilib. Burada biz müxtəlif şəhərlərin təcrübələrini öyrəndik. Forumda Almaniya, Çexiya, Gürcüstan, Azərbaycan, Niderland nümayəndələri özlərinin təcrübələrindən söhbət açdılar. Tədbirə Almaniya Beynəlxalq Cəmiyyətinin Azərbaycan nümayəndələri də qatılıb və həmçinin Sumqayıt, Gəncə şəhərlərinin, Bakı şəhərinin Binəqədi rayonunun, Şəki şəhəri yerli idarəetmə orqanlarının və digər bələdiyyə və dövlət orqanlarının nümayəndələri də dəvət olunub. Biz bu tədbirdə əldə etdiyimiz təcrübələri şübhəsiz ki, şəhərsalma məsələlərində istifadə edəcəyik. Onu da qeyd edim ki, biz tədbirin fasilələrində müxtəlif ölkələrin nümayəndələri ilə tanış olduq və onlara Azərbaycan və onun iqtisadiyyatının inkişafından, əldə olunan uğurlarımız haqqında məlumat verdik və müzakirələr prosesində fikir mübadiləsi apardıq", deyə R. Göyüşov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR