Bərdədə toy mərasimində kütləvi dava baş verib

Bərdədə toy mərasimində kütləvi dava baş verib
# 22 iyul 2015 11:47 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu-APA. Azərbaycanın Bərdə rayonunda toyda kütləvi dava olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Böyük Göyüşlü kəndində qeydə alınıb. Toy mərasimi zamanı iki nəfər arasında yaranan mübahisə həmkəndlilər arasında əlbəyaxaya çevrilib. Digərlərinin də müdaxiləsi ilə insident kütləvi davaya çevrilib. Nəticədə ağır xəsarət alan kənd sakini Camal Camalov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir. C. Camalovun kənd təsərrüfatında istifadə edilən bellə vurulduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR