Bakıda “Meksika bu gün” adlı konfrans keçiriləcək

Bakıda “Meksika bu gün” adlı konfrans keçiriləcək
# 19 noyabr 2015 10:49 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Qafqaz Universitetində “Meksika bu gün” adlı konfrans keçiriləcək.

Meksikanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə səfir Rodriqo Labardini ölkəsinin dünyada arenasındakı mövqeyi, mədəni zənginliyi və Azərbaycanla əməkdaşlıq üçün mövcud potensial barədə mühazirə oxuyacaq.

Qafqaz Universitetinin tələbə-müəllim heyəti üçün nəzərdə tutulan konfransda Meksikanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və cəmiyyətinə aid maraqlı aspektlərdən ibarət təqdimat nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR