Bank Of Baku

Almaniyada Bundesverin şəxsi heyətinin sayı 13 ilin ən yüksək həddinə çatıb

Almaniyada Bundesverin şəxsi heyətinin sayı 13 ilin ən yüksək həddinə çatıb
# 18 avqust 2026 04:46 (UTC +04:00)

Almaniya Bundesverinin şəxsi heyətinin sayı iyulun sonunda 186,7 min nəfərə çataraq son 13 ilin ən yüksək göstəricisini qeydə alıb.

APA xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Ötən ilin iyulu ilə müqayisədə hərbçilərin sayı 3,7 min nəfər və ya 2%-dən çox artıb. Bununla Bundesver 2026-cı il üçün müəyyən edilmiş 186-190 min nəfərlik hədəf diapazonuna çatıb.

Hərbi xidmətə maraq da artır. İyul ayında Bundesverə təxminən 47,3 min müraciət daxil olub ki, bu da ötən ilin eyni ayından 26% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR