Ağstafa sakini bıçaqlanıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Ağgöl qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mustafayev Nizami Osman oğlu qarın nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
N. Mustafayevin qohumlarının dediyinə görə, o, ehtiyatsızlıq nəticəsində bıçaq xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.