Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bir çox ölkələrdə yeganə iri operatorun sıradan çıxması nəticəsində internetin yerli seqmenti demək olar ki, tamamilə əlçatmaz olacaq.
"APA-Economics" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, bu barədə "Qrator Labs" şirkətinin açıqladığı məlumatlarda bildirilir.
Şirkət mütəxəssisləri bildirir ki, "Delta Telecom" problem yaşandığı halda Azərbaycanın 72%-i internetsiz qalacaq.
Həmçinin bildirilir ki, "Uzbektelekom"un fəaliyyətində problem yaranarsa Özbəkistanın 97,32%-i, "Beltelekom"da problem olduğu halda Belarusun 86,4%, "Turkmentelekom"un fəaliyyətində problem müşahidə olunarsa Türkmənistanın 90,4%-i internetsiz qalacaq.