Həyat yoldaşını bıçaqlayan kişiyə hökm oxunub

 Həyat yoldaşını bıçaqlayan kişiyə hökm oxunub
# 03 iyun 2015 14:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən İlqar Qocamanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə İ. Qocamanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ.Qocamanov münaqişə zəminində həyat yoldaşı Rəna Qocamanovanı öldürmək məqsədi ilə bıçaqlayıb.

O, Cinayət Məcəlləsinin 126.2.4 (ağır dərəcədə bədən xəsarətləri yetirmə) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR