Misirin müvəqqəti işlər vəkili: “Fələstin-İsrail münaqişəsini uzatmaq dar və məhdud mənfəətə nail olmaqdan başqa bir şey deyil”

Misirin müvəqqəti işlər vəkili: “Fələstin-İsrail münaqişəsini uzatmaq dar və məhdud mənfəətə nail olmaqdan başqa bir şey deyil”
# 16 oktyabr 2014 15:04 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Qahirədə Qəzza sektorunun yenidən qurulması üçün 50 ölkəni, 20 beynəlxalq və regional təşkilatı təmsil edən nümayəndələrin iştirakı ilə mühüm konfrans baş tutub.

Misirin müvəqqəti işlər vəkili Haitham Galal APA-ya bildirib ki, Misir Fələstinin daxilində bütün tərəflər arasında milli barışığa nail olmaq və onların aralarındakı fikir ayrılıqlarını həll etməkdə çox maraqlıdır: “Misirin səyləri Fələstin administrasiyasının qayıdıb yenidən Qəzzada öz səlahiyyətlərini icra etməsinə zəmin yaradan milli konsensus - Fələstin hökumətinin formalaşması ilə nəticələndi ki, bu da Fələstin ərazilərinin birliyinin təsdiqi deməkdir”.

Diplomatın sözlərinə görə, Misir keçən əsrin yetmişinci illərində başladığı sülh prosesinin tamamı olaraq həmişə Fələstin məsələsinin ədalətli və daimi həllini və beynəlxalq qətnamələrin həyata keçirilərək Fələstin xalqının öz müstəqil dövlətini yaratmaq hüququ olduğunu dəstəkləyir: “Necə ki, 2002-ci ildə Səudiyyə Ərəbistanının başladığı ərəb sülh təşəbbüsü Yaxın Şərqdə ədalətli və daimi sülhün yaradılmasını təmin edən müsbət bir çərçivə yaratmağa, region xalqlarının ümid və istəklərinə uyğun Ərəb xalqları və İsrail arasında dinc yanaşı yaşamağa zəmin yaratdı. “Qəzzanın yenidən qurulması” konfransı real bir uğura imza atdı. Donor ölkələr Qəzzanın yenidən abadlaşdırılması və Fələstin iqtisadiyyatına dəstək üçün təxminən 5,4 milyard dollar yardım etdilər. Lakin həmin maliyyə öhdəlikləri, Yaxın Şərqdə və Fələstin İsrail münaqişəsinin həllində sülhə nail olmaq üçün Misirin səylərinə kömək olaraq beynəlxalq dəstəklə müşayiət olunmalıdır. Yer üzərindəki həqiqətləri dəyişdirmək üçün İsrailin tətbiq etdiyi siyasi süründürməçiliyə, Fələstin ərazilərindəki təmaslara maneə yaratmağa və democoğrafi vəziyyəti dəyişməyə son qoyulmalıdır. Nəzərə alınmalıdır ki, bütün regional və beynəlxalq tərəflər artıq anlayırlar ki, Fələstin-İsrail münaqişəsini uzatmaq yalnız dar və məhdud mənfəətə nail olmaqdan başqa bir şey deyil. Fələstin xalqının öz məsələsinin həllinə, vətəninə, mənsubiyyət və şəxsiyyətlərinə olan inamı heç vaxt zəifləməyəcək və buna görə də daimi və ədalətli sülh bütün tərəflərin maraqlarını təmin edən ən yaxşı seçim olaraq qalacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR