Ekologiya və təbii sərvətlər nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Ekologiya və təbii sərvətlər nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
# 19 avqust 2014 16:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Göygöl şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Göygöl şəhərində Göygöl, Daşkəsən, Goranboy rayonlarında və Naftalan şəhərində yaşayan vətəndaşlarla 29 avqust tarixində nəzərdə tutulmuş görüşü cari ilin 21 avqust tarixinə dəyişdirilib. Görüş saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, nazirliyin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR