Bank Of Baku

Avropa Parlamentinin 70-ə yaxın deputatı Gürcüstan rəsmilərinə sanksiya tətbiq etməyə çağırıb

Avropa Parlamentinin 70-ə yaxın deputatı Gürcüstan rəsmilərinə sanksiya tətbiq etməyə çağırıb
# 07 oktyabr 2026 21:33 (UTC +04:00)

Avropa Parlamentinin 70-ə yaxın deputatı Gürcüstanla bağlı qətnamə layihəsi hazırlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, sənəddə Avropa İttifaqı və üzv dövlətlərə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və Tbilisi meri Kaxa Kaladzeyə qarşı sanksiyaların tətbiqi ilə bağlı çağırış yer alıb.

Qətnamə layihəsinin müəllifləri Gürcüstan rəsmilərinin ölkədə “demokratik geriləmə, zorakı repressiyalar və siyasi təqiblərə” görə məsuliyyət daşıdığını iddia edirlər.

“Hakim ‘Gürcü Arzusu’ partiyasının Gürcüstanda müxalifət partiyalarını qadağan etmək cəhdləri” adlı qətnamə layihəsinin sabah səsə qoyulacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR