Bakı sakini qadın tanışının avtomobilini qaçırıb

Bakı sakini qadın tanışının avtomobilini qaçırıb
# 04 may 2015 09:51 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı sakini tanışının avtomobilini qaçırıb.

APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, mayın 3-də saat 06.00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisindən Bakı şəhər sakini Tamilla Alverdiyevaya məxsus “Lexus” markalı avtomobili tanışı, Bakı şəhər sakini Turan Məmmədli tərəfindən qaçırılıb.

Avtomobil DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən Binəqədi rayonunun ərazisində hərəkətdə olarkən aşkarlanıb və Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobildə olan 2 nəfərdən 1-i qaçıb, Bakı şəhər sakini Habil Quliyev isə tutulub.

H.Quliyev izahatında avtomobildə olan digər şəxsin bacısı oğlu Turan Məmmədli olmasını bildirib.

Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR