“DəmirBank” “DəmirTaksit” kredit kartı üzrə daha bir aksiya keçirir

“DəmirBank” “DəmirTaksit” kredit kartı üzrə daha bir aksiya keçirir
# 08 dekabr 2014 13:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “DəmirBank” təqdim etdiyi “DəmirTaksit” kredit kartı üzrə daha bir aksiyaya başlayıb.

“DəmirBank”dan “APA-Economics”ə verilən məlumata görə, belə ki, 1-27 dekabr tarixləri arasında “DəmirTaksit” kartı ilə hər 100-cü əməliyyatı etmiş müştəriyə hədiyyələr veriləcək. Bakı filiallarında 100-cü əməliyyatı etmiş müştərilərə “Park Cinema”dan pulsuz bilet, region filiallarında isə mobil telefon “charger” aləti veriləcək.

Qeyd edək ki, 27 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

Qeyd edək ki, ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR