Astarada 27 yaşlı oğlan su anbarında batıb

Astarada 27 yaşlı oğlan su anbarında batıb
# 03 iyul 2015 10:03 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Astarada 27 yaşlı oğlan suda batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Astara rayonu ərazisində yerləşən, Lövayin su anbarının ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 50 km aralı, nəzarətsiz ərazidə) 1988-ci il təvəllüdlü Polad Orucəli oğlu Nəhlətov suda batıb.

P.Nəhlətovun cəsədi FHN-in dalğıc axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR