“Bakcell” Dünya Mobil Konqresində iştirak edib

“Bakcell” Dünya Mobil Konqresində iştirak edib
# 06 mart 2015 11:38 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Bakcell” şirkətinin əməkdaşları 2-5 mart tarixlərinində İspaniyanın Barselona şəhərində keçirilən Dünya Mobil Konqresində (Mobile World Congress) iştirak edərək bir çox maraqlı müzakirələrə qatılıb və görüşlər keçiriblər.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, dünya telekommunikasiya bazarının ən nəhəng iştirakçılarının təmsil olunduğu bu nüfuzlu beynəlxalq tədbirdə ən son mobil texnologiylar nümayiş etdirilir, telekommunikasiya sahəsindəki innovasiyalar, gələcək planlar müzakirə olunur.

“Barselonada keçirilən bu tədbir dünya mobil rabitə bazarı iştirakçıları üçün çox əhəmiyyətlidir. Hər il olduğu kimi çox maraqlı və məşğul bir həfə keçdi. Yeni texnologiyalar, yeni mobil cihazlar, bizim yaxın vaxtlarda kommersiya istifadəsinə verməyə hazırlaşdığımız 4G, ondan sonrakı mərhələ olan 5G və s. Telekommunikasiya sənayesi üçün çox maraqlı bir həftə idi”, - deyə “Bakcell”in baş icraçı direktoru Riçard Şirer bildirib.

Konqres çərçivəsində keçirilən “İnnovasiyaların Operatorlara Satılması” (“Selling Innovations to Operators”) sessiyasında “Bakcell”in Korportaiv Strategiya departamentinin rəhbəri Mark Zırka da iştirak edib. Burada startap üçün ən yaxşı strategiyalar, innovasiyalar, dünyadakı mobil operatorlar üçün strategiya və təchizat məsələləri, onlayn platformaların telekommunikasiya sənayesində yeri və s. məsələlər müzakirə olunub.

Mark Zirka “Bakcell”in Azərbaycanda startap mühitinin inkişafına dəstəyindən, eyni zamanda ölkədə yeni mobil applikasiyaların yaranmasını dəstəkləyən Applab layihəsi haqqında da danışıb.

“Bakcell” şirkəti bu il ilk dəfə olaraq azərbaycanlı bloqqerin Dünya Mobil Konqresində iştirakını təmin edib və Barselonada nümayiş olunan ən son yeniliklər, mobil cihazlar və keçirilən tədbirlər barədə video xəbərləri özünün rəsmi “Facebook” səhifəsində yerləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR