"Bank of Baku” uşaqlar üçün keçirdiyi müsabiqənin qaliblərini mükafatlandırıb - FOTO

"Bank of Baku” uşaqlar üçün keçirdiyi müsabiqənin qaliblərini mükafatlandırıb - <span style="color: red;">FOTO
# 25 avqust 2015 14:18 (UTC +04:00)

Bakı - APA-Economics. Daima müxtəlif müsabiqələr, aksiyalar keçirərək müştərilərin rəğbətini qazanan “Bank of Baku” daha bir müsabiqənin qaliblərini mükafatlandırıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Arımız möcüzələr diyarında!” adlanan müsabiqə “Bolkart”ın “Facebook” səhifəsində iyul ayının sonunda elan edilib. Müsabiqənin şərtlərinə əsasən 7-14 yaşlı uşaqlar “Bolkart”ın personajı olan arını möcüzələr diyarında əks etməli idi. 2 həftə ərzində daxil olmuş bütün şəkillər “Facebook” səhifəmizdə paylaşılıb və 1 həftə ərzində səsvermə başlayıb. Səsvermədə 21 rəsm iştirak edirdi. Bankın münsiflər heyətinə çox çətin olsa da, “Bolkart” izləyicilərinin bəyənməsi, rəyləri və paylaşması nəzərə alınmaqla 1-ci yerin sahibi müəyyənləşdirilib.

Balacaların rəsmə olan marağını stimullaşdırmaq üçün “Bank of Baku” yalnız 1-ci yeri deyil, bütün balacaları mükafatlandırıb.

Avqust 21-də keçirilən tədbirdə ilk yerin sahibi İPAD, digər bütün iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırıldılar. Tədbir uşaqların bir-birindən maraqlı rəsmləri, xatirələri, sevincləri ilə möcüzələr diyarına çevrilib.

1-ci yerin sahibi Nadirova Nərmin rəsmini izah edərkən bildirir ki: “Mən rəsmimdə Arının insanlara dəstəyini vurğulamağa çalışdım. Arı zəhmətsevərdir. O, möcüzələr diyarında yaşayır. İnsanların istəklərini bilir və xəyallarını gerçəkləşdirmək üçün onlara “Bolkart” paylayır. Mənim arzum İPAD almaq idi. Bu gün “Bolkart” arzumu gerçəkləşdi”

“Bank of Baku” bundan sonra da sosial şəbəkələrdə müxtəlif müsabiqələr, aksiyalar keçirərək müştərilərini sevindirməyə davam edəcək.

www.bankofbaku.com, www.facebook.com/bankofbaku, www.facebook.com/bolkart.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR