Vyanada Con Kerri, Ketrin Eşton və Məhəmməd Cavad Zərif arasında görüş sona çatıb

Vyanada Con Kerri, Ketrin Eşton və Məhəmməd Cavad Zərif  arasında görüş sona çatıb
# 21 noyabr 2014 00:43 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə RİA Novosti-yə ABŞ nümayəndə heyətindəki mənbə bildirib.

Görüşün təfərrüatları hələlik açıqlanmır.

Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı danışıqların final raundu Vyanada noyabrın 18-də başlayıb.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf bundan əvvəl Tehran və “altılıq” arasında danışıqların “mürəkkəb və ciddi” keçdiyini bildirib. Onun sözlərinə görə, ABŞ yekun sazişə noyabrın 24-dək nail olmaq niyyətindədir və bu məsələ ilə danışıqların uzadılmasının mümkünlüyünü nəzərdən keçirmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR