Türkiyənin xarici işlər naziri ABŞ-a gedəcək

Türkiyənin xarici işlər naziri ABŞ-a gedəcək
# 15 aprel 2015 12:53 (UTC +04:00)

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, baş nazirin müavini Əli Babacanın ABŞ-a səfəri planlaşdırılıb. Mövlud Çavuşoğlunun ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşməsi planlaşdırılır.

Səfərin əsas məqsədi prezident Barak Obamanın qondarma erməni “soyqırımı” ilə bağlı ənənəvi çıxışında “soyqırımı” ifadəsinə yer verməməsinə nail olmaqdır. İki dövlət rəsmilərinin görüşlərində bu məsələ müzakirə olunacaq, Türkiyə tərəfi “soyqırımı” sözündən istifadə ediləcəyi təqdirdə ortaya çıxacaq narahatlıqları dilə gətirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR