Turist səfərlərinə görə Bakı MDB-nin ən populyar şəhərləri sırasına daxil olub

Turist səfərlərinə görə Bakı MDB-nin ən populyar şəhərləri sırasına daxil olub
# 11 aprel 2015 09:36 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 2015-ci ildə Rusiya turistlərinin səfərlərinin sayına görə Bakı MDB-nin ən populyar şəhərləri sırasına daxil olub. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Rusiyanın “Oktogo.ru” mehmanxanaların onlayn bronlanması xidməti 2015-ci ildə Rusiya turistləri arasında MDB-nin ən populyar şəhərlərini və ölkələrini müəyyən edib.

Populyarlıq reytinqində Belarusun paytaxtı Minsk birinci yerdədir. Ümumilikdə rusiyalıların MDB üzrə bütün səfərlərində Belarus 40 faiz, Qazaxıstan 14, Azərbaycan 10 faiz təşkil edir. “Oktogo.ru” mehmanxanaların onlayn bronlanması xidməti xəbər verir ki, turistlər Bakıya orta hesabla dörd günlüyə gəlirlər və bir sutka hoteldə qalmağa təxminən 70 dollar ödəyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR