Yəməndə 5,7 bal gücündə zəlzələ baş verib

Yəməndə 5,7 bal gücündə zəlzələ baş verib
# 17 avqust 2015 19:08 (UTC +04:00)

Bakı-APA. Yəməndə Ədən körfəzində 5,7 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əl-Mukkala şəhərindən 300 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR