Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı yekunlaşıb

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı yekunlaşıb
# 05 may 2015 14:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər MəhkəməsindəSuriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib. Daha sonra çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin o, çıxışa hazır olmadığı üçün məhkəmə mayın 19-na təxirə salınıb.

Qeyd edək ki, Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən 26 nəfər saxlanılıb.

Onların cinayət işləri ayrı-ayrılıqda qrup şəklində icraata verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR