Ağdamda ev yanıb

Ağdamda ev yanıb
# 16 may 2015 12:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ağdamda yaşayış evi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Ağdam şəhərində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 66 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR