Azərbaycanda xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri ucuzlaşıb

Azərbaycanda xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri ucuzlaşıb
# 17 iyul 2015 09:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin iyun ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,8%, o cümlədən mədənçıxarma sənayesi üzrə 3,8% ucuzlaşıb, emal sənayesi üzrə isə istehsalçı qiymətləri 2,6% bahalaşıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin iyun ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 3,9% ucuzlaşıb, metal filizlərinin hasilatı üzrə 1,4% bahalaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə istehsalçı qiymətlərində heç bir dəyişiklik müşahidə olunmayıb.

İyun ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 7,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,5%, geyim istehsalı üzrə 0,1% ucuzlaşıb, kimya sənayesi üzrə 5,1%, neft məhsullarının istehsalı üzrə 5,0%, poliqrafiya fəaliyyəti üzrə 0,6%, içki istehsalı üzrə 0,3%, qida məhsullarının və tikinti məmulatlarının istehsalı üzrə 0,2%, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı, toxuculuq və metallurgiya sənayesi üzrə isə istehsalçı qiymətləri 0,1% bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR