Ötən il Medvedevin gəlirləri Putindən çox olub

Ötən il Medvedevin gəlirləri Putindən çox olub
# 12 aprel 2013 21:43 (UTC +04:00)

Bakı-APA. 2012-ci ilü üçün gəlirlər bəyannaməsinə görə, Rusiya prezidenti Vladimir Putin 5 790 823 rubl qazanıb, bu isə 2011-ci ildən 2 milyon çoxdur. Onun 153,7 və 77 kvadrat metrlik iki mənzili, Moskva ətrafında 1500 kvadrat metrlik torpaq sahəsi, 18 kvadrat metrlik qaraj, qaraj yeri, 2 "QAZ", 1 "Niva" və "Skif" avtoqoşqusu var. Lüdmila Putina isə 121 374 rubl qazanıb. V.Putinin qızları Yekaterina və Mariyanın gəlirləri barədə məlumat yoxdur.

Baş nazir Dmitri Medvedev ötən il prezidentdən çox qazanıb - 5 814 351 rubl. 2011-ci ildə onun gəliri 3 371 353 rubl təşkil edib.

Rusiya məmurları arasında ən çox gəlir qazanan isə baş nazirin müavini İqor Şuvalov olub - 226,4 milyon rubl. Şuvalovun həyat yoldaşı isə 222 milyon rubl qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR