Fransada keçiriləcək futbol üzrə Avropa çempionatında təhlükəsizliyi 90 min nəfər təmin edəcək

Fransada keçiriləcək futbol üzrə Avropa çempionatında təhlükəsizliyi 90 min nəfər təmin edəcək
# 07 iyun 2016 02:26 (UTC +04:00)

Bakı-APA. Fransa hüquq-mühafizə orqanları AVRO-2016-ya tam hazırdır.

APA-nın “Deutsche Welle”-yə istinadən verdiyi məlumata görə, bunu Fransa polisinin rəhbəri Mişel Kado bəyan edib.

Onun sözlərinə görə, turnirin keçirildiyi müddətdə ölkə ərazisində təhlükəsizliyi 90 min polis, hərbi qulluqçu və mühafizəçi təmin edəcək. Paytaxt Paris və ətraf bölgələrdə ictimai asayişi qorunmasına əlavə olaraq 1200 hərbçi cəlb ediləcək.

Gözlənildiyinə görə, Avropa çempionatı keçirildiyi müddətdə Fransaya 1,5 milyon futbol azarkeşi gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR