Yol qəzasında ailə üzvlərini itirən şəxsə kompensasiya ödənilib

Yol qəzasında ailə üzvlərini itirən şəxsə kompensasiya ödənilib
# 26 may 2015 15:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, büro tərəfindən 2012-ci il iyunun 5-də saat 14:30 radələrində, Bakı şəhəri, Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ailə üzvlərinin ölümü ilə, bir nəfərin isə az ağır xəsarətlər alması ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 11 500 manat məbləğində kompensasiya ödənilib.

Qeyd edək ki, ödəniş poçt vasitəsilə mayın 26-da köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR