Ağdamda qanvermə aksiyası keçirilib - VİDEO

Ağdamda qanvermə aksiyası keçirilib - <span style="color: red;">VİDEO
# 26 avqust 2015 16:26 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu- APA. Ağdam Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilib.

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə yüzlərlə rayon sakini iştirak edib. Mərkəzi Rayon Xəstəxanasından APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, könüllülük prinsipi əsasında keçirilən aksiyada rayonun bütün idarə və təşkilatlarının əməkdaşları, eləcə də sıravi sakinlər qan verməyə gəliblər. Qan nümunələri Respublika Qan Bankının əməkdaşları tərəfindən götürülüb. Tədarük olunan qan və qandan hazırlanan preparatlar respublikada qeydiyyatda olan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsi üçün nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR