Z. Tağıyev adına NQÇİ neft-qaz hasilatının həcmini açıqlayıb

Z. Tağıyev adına NQÇİ neft-qaz hasilatının həcmini açıqlayıb
# 13 iyul 2015 13:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ''Azneft'' İstehsalat Birliyinin Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi bu ilin yanvar-iyun aylarında verilən tapşırıqlara, qarşıya qoyulmuş proqnoza əməl edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, idarədə 6 ay ərzində 31 958 ton neft, 2 mln. 724 min kubmetr qaz hasil olunub, tapşırığa 148,9% əməl edilib.

Bu ilin 6 ayında fəaliyyətsiz fonddan 2 quyuya qarşı 5 quyu istismara qaytarılıb və nəticədə 1197 ton əlavə neft çıxarılıb. Bundan əlavə, hasilatı sabit saxlamaq məqsədilə geoloji və texniki tədbirlərə də diqqət artırılıb, 455 texniki tədbir aparılıb, 3579,4 ton əlavə neft hasil olunub.

Ötən 6 ayda mədənlərdə həyata keçirilmiş 81 geoloji tədbir 4844 ton əlavə neft hasilatına imkan yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR