Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının üzvləri Azərbaycana səfər edib - FOTO

Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının üzvləri Azərbaycana səfər edib - <span style="color: red;">FOTO
# 02 aprel 2015 05:54 (UTC +04:00)

Bakı-APA. 16-21 mart tarixlərində Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının və Varşava Universitetinin elmi dərnəyinin üzvlərinin Bakıya səfəri olub. Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində polşalı tələbələr və Varşava Universitetinin professoru Yaroslav Tutlokovski ADA Universitetində, Bakı Slavyan Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində görüşlər keçiriblər.

Görüşlər zamanı tələbələr Universitetin maddi-texniki bazası, kitabxanası, tələbə və müəllim heyəti ilə tanış olublar.

Uğurlu keçən səfərin nəticəsi olaraq Azərbaycan-Polşa Universitetləri arasında yeni elmi əlaqələrin əsası qoyulub, Polşa və Azərbaycan Universitetlərində Assosiasiyanın qərargahının açılması və yay məktəbləri çərçivəsində tələbə mübadiləsinə başlamaq təklifləri irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR