Paata Zakareişvili: “Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblər heç vaxt bağlanmayacaq”

Paata Zakareişvili: “Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblər heç vaxt bağlanmayacaq”
# 16 sentyabr 2015 10:31 (UTC +04:00)

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili deyib.

"Mən buna təminat verirəm. Bizdə demokratiya var və hər insan öz fikrini azad ifadə edə bilər. Lakin mən dövlət naziri kimi təminat verirəm ki, belə bir şey ola bilməz. Milli azlıqların dilində tədris sahəsində heç bir ixtisar yoxdur, əksinə bu sahə genişlənməli və hər bir vətəndaş öz dilinin varlığını hiss etməlidir. Sonra isə o, dövlət dilini və mədəniyyətini öyrənmək üçün özündə cəsarət hiss etməlidir", - deyə o vurğulayıb.

Dövlət naziri azərbaycanlıların Gürcüstanda yaşaması və onların rifahının daha da yüksəlməsini arzulayıb, qonşu və strateji tərəfdaş olan Azərbaycanın Gürcüstan üçün vacibliyini önə çəkib: "Mən Azərbaycan xalqına, dövlətinə daha da çiçəklənməyi arzulayıram. Tezliklə bu ölkədə seçkilər keçiriləcək və sabitlik qorunub saxlanılacaq. Azərbaycanın uğurları bizim üçün, eləcə də bütün Qafqaz üçün vacibdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR