Şirvan şəhərində bir neçə evdən oğurluq etmiş şəxs saxlanılıb

Şirvan şəhərində bir neçə evdən oğurluq etmiş şəxs saxlanılıb
# 21 avqust 2015 14:54 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Bir neçə evdən oğurluq edən Şirvan sakini həbs edilib.

Şirvan Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan sakinləri Sürayə Atayevanın, İxtiyar Hüseynovun, Sadiq Səmədovun və Elşad Abiyevin evindən pul, qızıl-zinət və məişət əşyaları oğurlayan şəhər sakini, 1978-ci il təvəllüdlü Samir Bayram oğlu Balakişiyev saxlanılıb.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR