Ermənistan Azərbaycanda keçiriləcək Gənclər Siyasəti üzrə Qlobal Forumda iştirak etməyəcək

Ermənistan Azərbaycanda keçiriləcək Gənclər Siyasəti üzrə Qlobal Forumda iştirak etməyəcək
# 27 oktyabr 2014 10:03 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev bu gün keçirilən mətbuat konfransında deyib.

O tədbirlə bağlı Ermənistana dəvət göndərildiyini bildirib: “Tədbir BMT tərəfindən təşkil olunduğu üçün ölkələri də onlar dəvət edirlər. BMT 194 ölkəyə, o cümlədən Ermənistana da dəvət göndərib. Tədbirdə 156 ölkə iştirak edəcək, Ermənistan da iştirak etməyən ölkələr sırasındadır”.

Nazir müavini BMT baş katibi Pan Gi Munun da forumda iştirak etməyəcəyini bildirib.

Onun sözlərinə görə, “Ebola” və digər problemlərlə bağlı BMT-nin iş qrafiki bir qədər gərginlik: "Lakin BMT baş katibinin forum iştirakçılarına video müraciəti olacaq, həmçinin BMT təmsilçiləri də tədbirdə iştirak edəcəklər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR