“Azəryolservis”: Böyükşor qovşağından Heydər Əliyev Mərkəzi istiqamətində yol bağlıdır

“Azəryolservis”: Böyükşor qovşağından Heydər Əliyev Mərkəzi istiqamətində yol bağlıdır
# 04 aprel 2015 12:50 (UTC +04:00)

Bunu “APA-Econmics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P. Mürsəliyevin sözlərinə görə, Böyükşor qovşağından Heydər Əliyev mərkəzinə doğru şəhərə gediş bağlanıb və səhər saatlarından orada intensiv işlər həyata keçirilir.

”Hal-hazırda köhnə asfalt-beton örtüyünün qaşınması prosesi gedir. Bundan başqa səki daşları dəyişdiriləcək, ayırıcı zolaqda yaşıllıq tamamilə yenilənəcək, ümumiyyətlə təmirlə yanaşı geniş abadlıq işləri də aparılacaq”, - deyə P. Mürsəliyev bildirib.

Qurum rəsmisi onu da əlavə edib ki, qeyd olunan ərazidə işlər yekunlaşdıqdan sonra şəhərdən Böyükşor qovşağına gedən yolda təmir-abadlıq işlərinə başlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR