Norveçin Azərbaycandakı səfiri Azərbaycan Dillər Universitetində olub - FOTO

Norveçin Azərbaycandakı səfiri Azərbaycan Dillər Universitetində olub - <span style="color: red;">FOTO
# 22 dekabr 2014 08:20 (UTC +04:00)

ADU-dan APA-ya verilən məlumata görə, görüşdə S. Seyidov ADU ilə Norveç universitetləri arasında əlaqələrin mövcudluğundan söz açıb.

Rəhbərlik etdiyi universitetdə Skandinaviya mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor bu mərkəzin ölkələrarası əlaqələrin inkişafına, mədəniyyətlərin öyrənilməsinə xidmət etdiyini vurğulayıb. ADU-nun Beynəlxalq əlaqələrindən danışan S. Seyidov digər Avropa ölkələri ilə də əməkdaşlıqdan danışıb. Rektor tələbələrin norveç dilinə olan marağından danışıb və hər il bir qrup tələbənin Norveçin Oslo Universitetinə Yay məktəbinə göndərildiyini bildirib. Bord İvar Svendsen isə ADU və burada fəaliyyət göstərən Skandinaviya mərkəzi haqqında artıq məlumatının olduğunu qeyd edib. O, universitetdə norveç dilinin tədrisini yüksək qiymətləndirib. Səfir Bord İvar Svendsen ikitərəfli əlaqələrin daha inkişaf edəcəyinə əminliyini ifadə edib. Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin keçirilməsi, tələbə-müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparılıb. Görüşdən sonra səfir Bord İvar Svendsen Skandinaviya mərkəzində olub və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb.

Qeyd edilib ki, ADU ilə Oslo Universiteti arasında 2007-ci ildən bu günədək layihə çərçivəsində ADU-nun ümumilikdə 105 nəfər tələbəsi və müəllimi sözügedən ali təhsil ocağında təhsil alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR