Ermənistanın Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirakı müzakirə olunacaq

Ermənistanın Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirakı müzakirə olunacaq
# 16 avqust 2014 15:43 (UTC +04:00)

Bakı - APA. Avropa Olimpiya Komitəsinin və İrlandiya Olimpiya Komitəsinin prezidenti Patrik Xikki 11-14 oktyabr tarixlərində Ermənistana səfər edəcək.

APA-nın “insidethegames.biz” saytına istinadən verdiyi məlumata görə, Patrik Xikkin rəhbərlik edəcəyi nümayəndə heyətinin Ermənistan Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə keçiriləcək görüşündə Ermənistan idmançılarının 2015-ci il 12-28 iyun tarixlərində Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakı məsələsi müzakirə ediləcək.

P. Xikkin vəzifəsi bütün Avropa ölkələrinin I Avropa Oyunlarında iştirakını təmin etməkdir.

O bildirib ki, Avropanın 49 ölkəsinin hamısının I Avropa Oyunlarında iştirakını təmin etmək istəyirlər və bütün ölkələrin bu turnirdə təmsil olunacağına əmindir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR