«Azərbaycan Hava Yolları» şirkəti Bakı-Pekin marşrutu ilə birbaşa aviareyslərə başlayır

«Azərbaycan Hava Yolları» şirkəti Bakı-Pekin marşrutu ilə birbaşa aviareyslərə başlayır
# 12 aprel 2013 09:11 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, uçuşlar müasir və komfortlu «Airbus A-340» və «Boeing-767» tipli təyyarələrlə həftədə iki dəfə - çərşənbə axşamları və cümə günləri həyata keçiriləcək.

«Airbus A-340» və «Boeing-767» tipli təyyarələrin alınması AZAL aviaşirkətinə tarixində ilk dəfə uzun məsafəli birbaşa uçuşların gerçəkləşdirilməsinə şərait yaradıb. Bakı-Pekin-Bakı istiqamətindəki «ekonom» sinifli aviabiletlərin minimal qiyməti 465 avro təşkil edir (yığımlar və rüsumlar daxildir).

Həmçinin qeyd etmək lazımdır ki, «Azərbaycan Hava Yolları» QSC Çinin tərəfdaş aviaşirkətləri ilə birgə öz sərnişinlərinə Pekindən Çinin digər şəhərlərinə (Quanjou, Şanxay, Şenjen, Xanjou, Jenqjou, Ksian (Sian), Çenqdu və s.), eləcə də Şərqi və Cənub-Şərqi Asiya ölkələrinin hava limanlarına uçuşlar üçün xüsusi tariflər təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR