Dənizkənarı Milli Parkda birinci Avropa Oyunlarına həsr edilmiş konsert olub - FOTOSESSİYA

Dənizkənarı Milli Parkda birinci Avropa Oyunlarına həsr edilmiş konsert olub - <span style="color: red;">FOTOSESSİYA
# 31 may 2015 00:30 (UTC +04:00)

Bakı-APA. Mayın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Dənizkənarı Milli Parkda birinci Avropa Oyunlarına həsr olunan “Dostlarla Oyunlara” şüarı altında konsert təşkil edilib.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, birinci Avropa Oyunlarını dəstəkləyən konsertdən əvvəl Azərbaycanın bu mötəbər tədbirlərə hazırlığını əks etdirən videoçarx nümayiş olunub. Saat qülləsinin yanında bir neçə saat davam edən konsertdə paytaxtın sakinləri və qonaqları respublikanın tanınmış incəsənət ustalarının çıxışlarını izləyiblər.

“Bakı-2015” birinci Avropa Oyunlarının ulduz elçisi Murad Dadaşovun aparıcısı olduğu konsert proqramında Azərbaycanın incəsənət ustaları Tünzalə Ağayeva, Lalə Məmmədova, Samir Cavadzadə, İradə İbrahimova, Aygün Bəylər, Sevda Ələkbərzadə, Ədalət Şükürov, Eldar Qasımov, Röya Ayxan, Manana Caparidze və başqaları çıxış ediblər.

Səhnədə quraşdırılmış böyük monitorda birinci Avropa Oyunlarını təbliğ edən süjetlər təqdim olunub. Azərbaycanı görmək üçün İngiltərədən gəlmiş 11 yaşlı Corciya haqqındakı videosüjet tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR