Azərbaycan çempionatının simvolik yığması açıqlanıb

Azərbaycan çempionatının simvolik yığması açıqlanıb
# 13 aprel 2015 08:21 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2014/2015 mövsümünün simvolik yığması açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Rabitə”nin 8-ci çempionluğunu qazandığı yarışın ən dəyərli voleybolçusu (MVP) Nutsara Tomkom seçilib.

Puerto-rikolu komanda yoldaşı Aurea Kruzdan bu titulu təhvil alan tailandlı toppaylayıcı Bakı klubunda ikinci ilində “Rabitə”nin qızıl medal qazanmasında böyük rol oynayıb. O, həmçinin yenə ən yaxşı oyun qurucusu adına yiyələnib. Tomkom bu nominasiyalarla yanaşı, servisdə də çempionatımızın ən güclüsü olub.

Ümumilikdə 9 nominasiyadan yenə 6-sında birincilik “Rabitə”nin voleybolçularının payına düşüb. Simvolik yığmada gümüş medalçı “Lokomotiv” 2, “Azəryol” 1 oyunçu ilə təmsil olunub.

Ən dəyərli voleybolçu – Nutsara Tomkom (Rabitə)

Ən yaxşı bombardir – Anita Havlikova (Lokomotiv)

Ən yaxşı hücumçu - Aurea Kruz (Rabitə)

Ən yaxşı blokçu – Kseniya Kovalenko (Azəryol)

Ən yaxşı toppaylayıcı – Nutsara Tomkom (Rabitə)

Topu oyuna ən yaxşı daxil edən – Nutsara Tomkom (Rabitə)

Ən yaxşı topqəbuledici – Aleksandra Srnçeviç (Lokomotiv)

Ən yaxşı müdafiəçi – Brenda Kastillo (Rabitə)

Ən yaxşı libero – Brenda Kastillo (Rabitə)

Qeyd edək ki, Super Liqanın ən yaxşı hücumçusu olan “Rabitə”nin kapitanı Aurea Kruz həmçinin final mərhələsinin ən dəyərli oyunçusu seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR