SOCAR mart ayında dünya bazarındakı xam neftin orta qiymətini açıqlayıb

SOCAR mart ayında dünya bazarındakı xam neftin orta qiymətini açıqlayıb
# 01 aprel 2015 14:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin mart ayında dünya bazarında satışını həyata keçirdiyi xam neftin qiymətlərini açıqlayıb.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, ötən ay dünya bazarında “Brent” tipli xam neftin 1 bareli 55,93 dollara, “Urals” nefti - 55,07 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 57,33 dollara satılıb.

Qeyd edək ki, ötən ilin aprel ayında isə dünya bazarında “Brent” tipli xam neftin 1 bareli 107,55 dollara, “Urals” nefti - 106,66 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 109,53 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR