FHN Bakıda tikilməkdə olan binada uçqun baş verməsi barədə xəbərlərə aydınlıq gətirib

FHN Bakıda tikilməkdə olan binada uçqun baş verməsi barədə xəbərlərə aydınlıq gətirib
# 02 mart 2015 15:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nizami rayonunda tikilməkdə olan binanın uçması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, FHN-in ekspertləri hadisə baş verən əraziyə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, tikinti zamanı yol verilən nöqsanlar nəticəsində beton tökmək üçün quraşdırılmış taxta qəlib uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, bu gün "virtualaz.org" saytı Bakıda tikilməkdə olan ticarət mərkəzinin uçması barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR