Co Bayden “Türkiyə “İslam Dövləti”nə yardım edir” ifadəsinə görə Ərdoğandan üzr istəyib

Co Bayden “Türkiyə  “İslam Dövləti”nə yardım edir” ifadəsinə görə Ərdoğandan üzr istəyib
# 05 oktyabr 2014 01:16 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti Baydenin oktyabrın 2-də Qarvard universitetində çıxışı zamanı verdiyi bəyanata sərt reaksiya verib. Xatırladaq ki, Co Bayden çıxışı zamanı Türkiyəni və bir neçə ərəb dövlətlərini “İslam Dövləti” və “Əl Qaidə” terror təşkilatı ilə əlaqəli olan “Cəbhə əl Nüsrə” qruplaşmalarına maliyyə dəstəyi verməkdə ittiham edib. “Heç kim Türkiyəni “İslam Dövləti” də daxil olmaqla terror təşkilatlarına yardım göstərməkdə ittiham edə bilməz”, deyə Ərdoğan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR